İdxal-ixracın azalması və dəyişən lider ölkələr – Gürcüstanda avtomobil bazarı necədir
2026-cı ilin birinci rübündə Gürcüstanda minik avtomobillərinin idxalı 26% azalıb, eyni zamanda ixrac da 27% azalma göstərib.

Bununla yanaşı, hesabat dövründə idxalçı ölkələrin üçlüyü də dəyişib. Uzun illər ərzində lider olan ABŞ, Yaponiya və Almaniya sırasından bu il Almaniyanı Çin əvəz edib. Çindən minik avtomobillərinin idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki,

100% artıb (miqdar baxımından). Belə ki, 2025-ci ildə Çindən Gürcüstana 870 avtomobil gətirilmişdisə, bu il bu göstərici 1 732 ədədə çatıb.

Daha dəqiq desək, Sakstat-ın məlumatına görə, 2026-cı ilin ilk rübündə Gürcüstana 632.249 milyon dollar dəyərində 40 182 minik avtomobili idxal olunub. Ötən ilin eyni dövründə isə bu rəqəm 856.044 milyon dollar və 47 425 ədəd təşkil edib.

Almaniya ilk üçlükdən kənarda qalıb – onu avtomobil idxalında Çin əvəz edib.

2026-cı ilin ilk 3 ayında Gürcüstanın ən çox avtomobil aldığı 5 ölkə:
  • ABŞ – 31 181 ədəd (365.8 mln dollar)
  • Yaponiya – 3 478 ədəd (62.5 mln dollar)
  • Çin – 1 732 ədəd (16.4 mln dollar)
  • Almaniya – 1 055 ədəd (89.5 mln dollar)
  • Cənubi Koreya – 642 ədəd (9.7 mln dollar)
İxracda da azalma müşahidə olunur. 2025-ci ilin ilk rübündə Gürcüstandan 500.687 milyon dollar dəyərində 20 250 avtomobil ixrac olunmuşdusa, bu il 364.507 milyon dollar dəyərində 14 237 avtomobil ixrac edilib.

Yanvar-mart aylarında Gürcüstandan ən çox avtomobil ixrac olunan 5 ölkə:
  • Qazaxıstan – 5 422 ədəd (85.9 mln dollar)
  • Qırğızıstan – 4 459 ədəd (183.6 mln dollar)
  • Tacikistan – 1 250 ədəd (20.2 mln dollar)
  • Azərbaycan – 919 ədəd (29.8 mln dollar)
  • Ermənistan – 596 ədəd (13.7 mln dollar)

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google