Qara dənizin çirkləndirilməsi ilə bağlı 2 fakta görə gəmilər 100 min lari cərimələnib
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin Qara dənizin Mühafizəsi üzrə Konvensiya İdarəsinin əməkdaşları, Sərhəd Polisi ilə birlikdə, Qara dənizin çirkləndirilməsi ilə bağlı 2 fakt aşkar ediblər.

Qurumun məlumatına görə, Portuqaliya və Palau bayraqları altında üzən gəmilər dənizi təsərrüfat suları ilə çirkləndirib.

Tərtib olunmuş inzibati xəta protokolları əsasında Poti şəhər məhkəməsi hər

iki gəmini hüquq pozuntusunda təqsirli bilib və onların hər birinə 100 min lari məbləğində cərimə tətbiq edib.

Gəmilərə Gürcüstanın ərazi sularını tərk etmək və sərbəst üzmək hüququ yalnız təyin olunmuş cərimə və ətraf mühitə vurulan ziyanın ödənilməsindən sonra verilib.

Ətraf Mühitə Nəzarət Departamentinin açıqlamasında bildirilir ki, Qara dənizin mühafizəsi qurum üçün əsas prioritet istiqamətlərdən biridir. Qara dənizin Mühafizəsi üzrə Konvensiya İdarəsi həm suyun çirkləndirilməsinin, həm də qanunsuz balıq ovunun qarşısının alınması və aşkarlanması məqsədilə fasiləsiz dövlət nəzarəti həyata keçirir.

Qurumun məlumatına əsasən, 2026-cı ildə artıq 81 gəmi yoxlanılıb, 15 hüquq pozuntusu aşkarlanıb. Onlardan 6-sı dənizin çirkləndirilməsi faktıdır.

Departamentin qiymətləndirməsinə görə, son illərdə gəmilər tərəfindən dənizin neft məhsulları ilə çirkləndirilməsi halları nəzərəçarpacaq dərəcədə azalıb. Bu isə nəzarətin sərtləşdirilməsi və cərimələrin artırılması ilə əlaqələndirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google