Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə 5 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Operativ İstintaq Departamentinin əməkdaşları Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçmə və qrup halında keçməyə cəhd ittihamı ilə 5 nəfəri saxlayıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd nəzarət-buraxılış məntəqəsini yan keçərək Gürcüstan ərazisinə daxil olmağa çalışıblar, onlardan bəziləri isə Gürcüstan–Türkiyə dövlət sərhədini qrup halında

qanunsuz şəkildə keçib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi və 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə aparılır. Qanunvericiliyə əsasən, bu əməl 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google