İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz
Qüvvələri mayın 20-də bildirib
ki, son 24 saat ərzində 26 ticarət gəmisi Hörmüz boğazından onların
“koordinasiyası və təhlükəsizlik təminatı” altında keçib.
Qurum bu gəmilər arasında neft tankerləri, konteyner gəmiləri və
digər kommersiya gəmilərinin olduğunu bildirir.
SEPAH həmin gəmilərin hansı ölkələrə məxsus olduğunu
açıqlamayıb.
Tehran fevralın 28-də ABŞ
və İsrailin İrana ilk zərbələrindən sonra
Hörmüz boğazını faktiki bloklayıb.
Aprelin 8-də atəşkəs qüvvəyə minəndən, Pakistanın vasitəçiliyi ilə
danışıqlar nəticəsiz bitəndən sonra ABŞ prezidenti Donald Tramp
İrana qarşı dəniz blokadası əmri verib. Blokada hələ də davam
edir.
İran rəsmiləri ötən həftə ABŞ prezidentinin Çinə səfəri zamanı bir
neçə Çin gəmisinin Hörmüz boğazından keçdiyini bildirmişdilər. Son
günlərdə mayeləşdirilmiş təbii qaz daşıyan iki Qətər tankerinin də
həmin su yolundan keçdiyi xəbərləri yayılıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.