Mestiyada 148 “mayner” aşkar edilib və enerji resurslarının qanunsuz istifadəsi ilə bağlı istintaq aparılır
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Yuxarı Svaneti Polis Departamentinin əməkdaşları Mestia bələdiyyəsində enerji resurslarından istifadə qaydalarının pozulması faktları üzrə istintaqa başlayıblar və 148 ədəd “mayner” götürüblər.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Mestia ərazisində 6 müxtəlif lokasiyada kriptovalyuta istehsalı üçün istifadə olunan xüsusi cihazlar — “maynerlər” aşkar edilib.

İstintaq nəticəsində

aydın olunub ki, həmin cihazlar vasitəsilə yerli sakinlər böyük miqdarda elektrik enerjisindən qanunsuz və qaydaları pozaraq istifadə etməklə sistemli şəkildə rəqəmsal valyuta istehsal edib və qanunsuz gəlir əldə ediblər.

Polis aparılan axtarışlar nəticəsində çoxsaylı xüsusi texniki avadanlıqları maddi sübut kimi götürüb.

Faktla bağlı cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 229-cu prima maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə aparılır və bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google