İran vətəndaşı Ermənistana qanunsuz yolla, balışların içində 26 kiloqram təbii saç keçirməyə cəhd edib
Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, İran sərhədində yerləşən "Aqarak" gömrük-buraxılış məntəqəsində təbii saçların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb.

Gömrükçülər İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilində apardıqları yoxlama zamanı, sürücü kabinasındakı balışların içində gizlədilmiş 143 bağlama bəyan edilməmiş saç aşkar ediblər.

Hüquq-mühafizə orqanları 26 kiloqram çəkisi olan malı tamamilə müsadirə edib, xarici ölkə vətəndaşı

barəsində isə gömrük qaydalarının pozulması ilə bağlı protokol tərtib olunub.

Qurumun bəyanatında qeyd edilir ki, son vaxtlar bu cür hallar kəskin şəkildə artıb və ilin əvvəlindən bəri ölkə sərhədində gizli anbarlardan artıq 135 kiloqramdan çox təbii saç müsadirə edilib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
თეგები: Ermənistan
FaceBook Twitter Google