'Reuters': ABŞ-İran sülh memorandumu bazar günü Cenevrədə imzalana bilər
"Reuters" agentliyi Qərb mənbələrinə istinadən yazır ki, ABŞ və İran arasında hazırlanan sülh memorandumu artıq bu bazar günü – iyunun 14-də imzalana bilər. Sənədin imzalanması üçün ən real məkan kimi Cenevrə şəhəri nəzərdən keçirilir.

Mənbənin bildirdiyinə görə, memorandumun mətni üzərində iş hələ də davam edir. İran Livandakı hərbi əməliyyatların dayandırılması bəndinin mütləq şəkildə razılaşmaya salınmasında

təkid edir. İsrail ordusu hazırda bu ölkədə İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatlar aparır. ABŞ "Hizbullah"ı terror təşkilatı sayır, Avropa İttifaqı (Aİ) isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

Agentlik yazır ki, məqsəd sənədin mətnini şənbə gününədək yekunlaşdırmaqdır. Sazişin ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən imzalanacağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl bildirmişdi ki, tərəflər arasında razılıq əldə olunduğu üçün İrana qarşı planlaşdırılan yeni hərbi zərbələri təxirə salır.

İran rəsmilərinin iyunun 12-dəki açıqlamaları hazırlanan sənədin Tehranın şərtlərini böyük ölçüdə qarşıladığını göstərir. "Reuters"in iranlı mənbəsi bildirib ki, layihədə neft sanksiyalarının ləğvi, milyardlarla dollar dondurulmuş vəsaitin qaytarılması və Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dayandırılması yer alıb.

Nüvə proqramı ilə bağlı fundamental məsələlər isə növbəti danışıqlar mərhələsinə saxlanılıb. Vaşinqton bu saziş vasitəsilə İranın nüvə silahına sahib olmayacağını rəsmən təsbit etməyə çalışır. Tehran isə öz növbəsində heç vaxt nüvə silahı hazırlamaq niyyətində olmadığını iddia edir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google