Papuaşvili Aİ haqqında: Bərabərsiz ittifaq təcrübəsinin təkrarlanmasına hazır deyilik
Şalva Papuaşvili Avropa İttifaqını Sovet İttifaqı ilə müqayisə edərək bildirib ki, Gürcüstan “formal və bərabərsiz ittifaq üzvlüyü təcrübəsini təkrarlamaq niyyətində deyil”.

Bu gün, iyunun 16-da Facebook-da paylaşdığı yazıda o, yenidən Avropa İttifaqını və genişlənmə üzrə komissar Marta Kossu tənqid edib. Papuaşvili iddia edib ki, “Avropa İttifaqında gələcək üzv dövlətlərin hazırkı üzvlərlə eyni səsvermə hüququna malik olmamasını

nəzərdə tutan ideya müzakirə olunur”.

Dünən, iyunun 15-də Avropa İttifaqının Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl Marta Kos Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü barədə danışarkən, yeni üzvlərin tam səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutan qismən hüquqlu üzvlük konsepsiyasını rədd edib.

O bildirib ki, Ukrayna və Moldovanın ittifaqa qoşulduqdan sonra tam bərabər hüquqlara malik olmasını dəstəkləyir. Bu isə o deməkdir ki, həmin ölkələr digər üzv dövlətlər kimi veto hüququnu və bərabər səsvermə hüququnu saxlayacaqlar.

Marta Kos Politico nəşrinə müsahibəsində deyib ki, Avropa İttifaqı həmçinin “güclü qoruyucu mexanizmlər” üzərində işləyir ki, gələcək üzv dövlətlər islahatları əngəlləyə və ya veto hüququndan istifadə edərək ittifaqın fəaliyyətinə mane ola bilməsinlər.

“Əgər yeni üzv dövlət qaydalara əməl edərsə, heç nə baş verməyəcək. Əgər qaydalara əməl etməzsə, bu qoruyucu mexanizmlər çox sərt şəkildə işə düşəcək – məhz belə bir sistem qururuq”, – Marta Kos Politico-ya bildirib.

Papuaşvilinin şərhinə görə, bu yanaşma o deməkdir ki, üzvlük mərhələsinə keçdikdən sonra Gürcüstanın və digər yeni üzv dövlətlərin mövcud üzvlərlə eyni öhdəlikləri olacaq, lakin onlar hüquq baxımından tam bərabər sayılmayacaqlar. Onun fikrincə, bu halda Avropa İttifaqı Gürcüstan üçün həyati əhəmiyyət daşıyan məsələlərlə bağlı qərarları Gürcüstanın iştirakı olmadan qəbul edə bilər.

Papuaşvili vurğulayıb ki, “əgər bu ideya həyata keçirilərsə, bu artıq Gürcüstanın dörd il əvvəl üzvlük üçün müraciət etdiyi ittifaq olmayacaq və Gürcüstan Konstitusiyasının 78-ci maddəsində nəzərdə tutulan məqsəd də belə bir ittifaqa qoşulmaq deyil”.

“Gürcüstanın artıq 70 illik formal və bərabərsiz ittifaq üzvlüyü təcrübəsi var və biz bunun təkrarlanmasını istəmirik. Əgər Aİ-nin postsovet üzv dövlətləri belə bir dəyişikliyə razılıq versələr, belə çıxacaq ki, onların problemi Sovet İttifaqının özü ilə deyil, həmin ittifaqda kimin dominant mövqedə olması ilə bağlı imiş”, – parlament sədri yazıb.

Dünən, iyunun 15-də Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterini açıb.

Gürcüstan Avropa İttifaqına üzvlük üçün rəsmi müraciətini 3 mart 2022-ci ildə təqdim edib, namizəd ölkə statusunu isə 2023-cü ilin dekabrında alıb.

2024-cü il noyabrın 28-də İrakli Kobaxidze “Gürcü Arzusu” partiyası adından Avropa İttifaqına üzvlük danışıqlarının dayandırıldığını elan edib. Bu bəyanatdan sonra kütləvi etiraz aksiyaları başlayıb və “Gürcü Arzusu” hakimiyyəti bu etirazlara zor tətbiq etməklə cavab verib.

Gürcüstanda etiraz aksiyaları hazırda da daha kiçik miqyasda davam edir.

“Gürcü Arzusu” partiyası demək olar ki, hər gün Avropa İttifaqını, onun rəhbərlərini, həmçinin üzv dövlətlərin liderlərini və Gürcüstandakı səfirlərini tənqid edir.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google