Merab Dvalişvili Tbilisidə keçirilən "Real American Freestyle"
(RAF) turnirində Henri Sexudonu 11:8 hesabı ilə məğlub edib.
Gürcü döyüşçü olimpiya çempionu ilə qarşılaşmada 0:8 hesabı ilə
geridə olsa da, görüşün gedişatını öz xeyrinə dəyişməyi bacarıb və
yekunda təsirli bir qələbə qazanıb.
Dvalişvili və Sexudo daha əvvəl də qarşı-karşıya gəliblər – onlar
UFC oktaqonunda döyüşüblər və
həmin vaxt da gürcü idmançı qalib
gəlib.
Tbilisidə baş tutan RAF tədbirində Qeno Petriaşvili, Qivi
Maçaraşvili və Vladimir Xinçeqaşvili də qələbə qazanıblar.
Çempionatdan bir gün əvvəl idmançıların jurnalistlərin suallarını
cavablandırdığı media nümayəndələri ilə görüş keçirilib. Lakin
mətbuat konfransı fiziki qarşıdurmaya çevrilib.
Yayılan məlumatlara görə, qarşıdurma UFC-nin gürcü çempionu Merab
Dvalişvili ilə tədbirdə iştirak edən dağıstanlı qonaqlardan biri
arasında başlayıb.
İdman mediasının yazdığına görə, vəziyyət Dvalişvilinin UFC
döyüşçüsü Umar Nurmaqomedov barədə danışmasından sonra gərginləşib.
Orada olanlardan biri onun fikirləri ilə razılaşmayaraq şifahi
etirazını bildirib və bu mübahisə qısa müddətdə əlbəyaxa davaya
çevrilib.
Bununla yanaşı, "La Gazzetta Georgia"nın məlumatına görə, hadisədən
sonra bir neçə qafqazlı döyüşçü gürcü idmançıların olduğu otağa
daxil olmaq üçün mühafizə və polis kordonunu yarmağa çalışıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.