İcazələr düzgün verilməmişdi. Mən belə hesab edirəm, amma bunu araşdıracağıq – Kobaxidze Telavidə baş vermiş təbii fəlakət barədə

"Gürcü Arzusu" hökumətinin başçısı İrakli Kobaxidze Telavidə baş vermiş təbii fəlakətdən sonra bildirib ki, müvafiq qurumlar Telavisxevi çayının yaxınlığında tikinti icazələrinin nə dərəcədə düzgün verildiyini araşdıracaqlar.


Bununla belə, o, şəxsən həmin icazələrin yanlış verildiyi qənaətindədir.

Jurnalistin "Orada tikinti icazələrinin verilməsi, şəhərsalma baxımından yaranmış xaosa görə məsuliyyəti üzərinizə götürürsünüzmü və bu fəlakətdən sonra zərərçəkən insanlara kömək etmək üçün nə etməyi planlaşdırırsınız?" sualını Kobaxidze belə cavablandırıb:

"Tikinti icazələrinə gəlincə, onlar həqiqətən də düzgün verilməmişdi. Mən belə hesab edirəm, lakin qalan məsələləri müvafiq qurumlar müəyyən edəcəklər."
O əlavə edib:
"Bir neçə kommersiya obyektinə tikinti icazələrinin düzgün verilməməsi bu problemi daha da dərinləşdirdi."

Kobaxidzenin sözlərinə görə,"Gələcəkdə hər bir şəhər belə hadisələrdən maksimum dərəcədə qorunmalıdır və Telavinin gələcəkdə bu cür təbii hadisələrdən mümkün qədər müdafiə olunması

üçün bütün zəruri tədbirlər görüləcək."

Tikinti icazələrinin düzgün verilməsinə görə kimin məsuliyyət daşıdığı ilə bağlı dəqiqləşdirici suala cavabında isə Kobaxidze bildirib:
"Bunu müvafiq orqanlar araşdıracaqlar – icazələrin nə dərəcədə düzgün və ya yanlış verildiyini, əgər pozuntu olubsa, kimin məsuliyyət daşıdığını və digər məsələləri müəyyən edəcəklər. Hər şey araşdırılacaq."

O həmçinin qeyd edib ki, erkən xəbərdarlıq sistemlərinin quraşdırılması Gürcüstanın bütün regionlarında fəal şəkildə davam etdirilir.

Agentliyin ilkin qiymətləndirməsi
Milli Ətraf Mühit Agentliyi Telavidə baş vermiş sel barədə ilkin qiymətləndirməsini yayıb və bildirib ki, fəlakət zonasının ətraflı öyrənilməsi davam edir.

Qiymətləndirmədə deyilir:
"İlkin qiymətləndirməyə əsasən, Telavi bələdiyyəsində yağan intensiv atmosfer yağıntıları Telavisxevi çayının hövzəsində sel proseslərinin kəskin aktivləşməsinə səbəb olub."
Agentlik bildirir ki,"Bərk çöküntülərlə suyun kritik həcmdə birləşməsi güclü sel axını formalaşdırıb."

Həmin məlumata görə, çayın orta hissəsində yerləşən üç seltutucu qurğu (qondarma Xerxeulidze seltutucuları) axının müəyyən hissəsini saxlaya bilib:
• Birinci qurğu iri ağac kötüklərini və oduncaq kütləsini demək olar ki, tam saxlayıb;
• İkinci qurğu az miqdarda ağac qalıqlarını tutub;
• Üçüncü qurğu isə daş-çınqıl kütləsini saxlayıb.

Bununla belə, Milli Ətraf Mühit Agentliyi qeyd edir ki,
"Axının böyük həcmi və gücü nəticəsində sel hər üç qurğunu sol tərəfdən keçərək köhnə torpaq yolu müvəqqəti məcra kimi istifadə edib, sahilbərkitmə qurğularını zədələyib və yolun ayrı-ayrı hissələrində örtüyün deformasiyasına səbəb olub."

Agentliyin məlumatına görə,
"Şəhər ərazisində çayın məcrası sel axınını tam ötürə bilməyib və sel ətraf ərazilərə yayılıb. Sel kütləsinin əsas yığılması Telavinin aşağı hissəsində, ayrı-ayrı infrastruktur obyektlərinin yaxınlığında qeydə alınıb."

Telavidə baş vermiş təbii fəlakət
2026-cı il 12 iyul, bazar günü sübh saatlarında yağan güclü yağış nəticəsində Telavisxevi çayı məcrasından çıxıb və güclü sel axını şəhərin bir neçə küçəsini su altında qoyub. Təbii fəlakət ciddi dağıntılara səbəb olub.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, meteoroloji stansiyaların göstəricilərinə əsasən:
• Telavi stansiyasında 57,3 mm yağıntı qeydə alınıb ki, bu da şəhər üzrə aylıq normanın 85 faizini təşkil edir;
• İqalto stansiyasında isə 40,1 mm yağıntı düşüb.
Fəlakətin nəticələri:
• Daş və çınqıl gətirən sel axını iki küçəni birləşdirən körpünü tamamilə dağıdıb;
• Kafqaz və Alazani prospektləri ciddi zədələnib;
• Əhali üçün təxliyə elan olunub. Ölən yoxdur, lakin maddi zərər böyükdür;
• Yaşayış binalarının birinci mərtəbələri, kommersiya obyektləri, apteklər, klinika və mağazalar su altında qalıb, onların əmlakı məhv olub;
• Elektrik ötürücü xətlərə və avtomobillərə ziyan dəyib;
• Minlərlə abonent təbii qaz və elektrik enerjisiz qalıb.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google