Türkmənistanda bölgələrdə yaşayanları sentyabrın sonunda
Müstəqillik Günü tədbirlərdə iştirak üçün paytaxt Aşqabada getməyə
məcbur edirlər.
Bu xəbəri AzadlıqRadiosunun türkmən xidməti yayıb.
Mənbələrin dediyinə görə, insanlar ailələrini bir aylıq qoyub
getməli olurlar. Onların televiziyada göstəriləcək bir neçə saatlıq
tədbirlər üçün məşq etdikləri bildirilir.
Avqustun 31-də Balkan vilayətinin dəmiryol vağzalından yerli
sakinlər Aşqabada yola salınıblar. Onlar Xalq Şurasının
iclasında
və Müstəqillik Günü şənliklərində iştirak edəcəklər.
"Paytaxta hər rayondan 20 mədəniyyət işçisi, 10
ağsaqqal, deputatlar və bir sıra vəzifəli şəxslər
göndərilib", – mənbə bildirib.
Üstəlik, Balkan vilayətindən göndərilən iştirakçılar bir ay ərzində
onlar üçün ayrılmış hotellərdə qalmalıdırlar. Yaşayış xərclərini
özləri ödəməlidirlər, başqa yerlərdə qalmalarına icazə
verilmir.
"Azatlıq"ın mənbələrinə görə, paytaxta göndərilənləri dövlət
idarələrində hazırlanan ciddi siyahılar əsasında seçirlər, prosesə
Milli Təhlükəsizlik Nazirliyi nəzarət edir.
İmtina edənlərə təzyiq göstərilir
Dövlət sektorunda çalışanlar "Azatlıq"a anonim danışaraq deyiblər
ki, məcburi dövlət tədbirlərində iştirakdan imtina edənlərə təzyiq
göstərilir, onların şəxsi həyatına qanunsuz müdaxilə olunur.
Bir mənbə danışıb ki, ötən il belə tədbirdən imtina edən bir qadını
əri ilə birlikdə yerli administrasiyaya çağırıblar. MTN əməkdaşı
qadının həyat yoldaşına gizli kamera ilə çəkilmiş video göstərib.
Videoda həmin qadının iş yerində başqa bir kişi ilə intim
münasibətinin əks olunduğu bildirilir. Bundan sonra qadın işdən
çıxarılıb, başqa iş tapa bilməsin deyə, nüfuzdan salınıb. Ərindən
boşanıb və valideynlik hüququndan məhrum edilib.
"Azatlıq"a danışan sakinlər deyirlər ki, hakimiyyətin təşkil etdiyi
təbliğat tədbirləri hər şeydən — hətta vətəndaşların sağlamlığı və
ailə həyatından da üstün tutulur.
Aşqabaddan bir iqtisadçının sözlərinə görə, Türkmənistan hökuməti
müxtəlif tədbirlərə və təbliğata böyük həcmdə dövlət vəsaiti
xərcləməklə yanaşı, vətəndaşların ailə büdcəsinə də ciddi ziyan
vurur.
"Azatlıq" məcburi tədbirlər və iştirakdan imtina edənlərə təzyiq
iddiaları ilə bağlı MTN-dən və yerli administrasiyalardan rəsmi
açıqlama ala bilməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.