Eka Qiqauri ifadə vermək üçün Tbilisi Baş Polis İdarəsinə getdi
“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın icraçı direktoru Eka Qiqauri ifadə vermək üçün Tbilisi Baş Polis İdarəsinə getdi.
Xatırladırıq ki, Eka Qiqauri “Facebook” vasitəsilə aldığı hədələrdən sonra polisə müraciət etmişdi.

“Parlament sədrinin qeyri-hökumət orqanlarını faşist adlandırdığı bəyanatından sonra bir çox aqressiv yazılarla bərabər, ünvanıma hədələr də gəlirdi. Məhz buna görə də məsələni araşdırmaları üçün istintaq orqanına müraciət etdim. Mənə ünvanlanan yazılarda parlament sədrinin işlətdiyi ifadələrdən başqa hədələr də olurdu. Məhz buna görə, istintaq orqanlarına müraciət etdim.

Üumiyyətlə, şəxsən mənə və qeyri-hökumət təşkilatlarına hücumlar davam edir, lakin bunlar hədə idi. Konkret bir nəfərin “profili” idi. “Profil”ə baxdım, fəaliyyətdə olan idi. Əgər saxta “profil” idisə belə kimlər tərəfindənsə tapşırılıb, lakin mənim gördüyüm qədər fəaliyyətdə olan idi”,
- deyib Qiqauri bildirib.

Mənbə: İnterPressNews

Print