Marneuli
Ağməmmədli sakinləri illərdir ki yollarının təmir olunmasını gözləyirlər (VİDEO/FOTO)
Ağməmmədli kənd sakinlərinin “Vətəndaş Büdcəsi”nə təqdim etdikləri layihə 2017-ci ildə qalib gəlmişdi. Amma iki il keçməsinə baxmayaraq həmin layihə həyata keçirilməyib. Bu kimi problemlə digər kənd sakinləri də qarşılaşıb. Misal üçün, Kürtlər kənd sakinlərinin 2017-ci ildə bələdiyyəyə təqdim etdiyi layihə də qalib gəlmiş və həyata keçirilməmişdi.

“Vətəndaş Büdcəsi” nədir? “Vətəndaş Büdcəsində” kimlər iştirak edə bilər? Həmin layihədə sakinlərin hər biri iştirak edə bilər və yerli hakimiyyətlə bərabər yaşadıqları ərazilərdə hansı problemin həll olunacağına sakinlərin özləri qərar verə bilərdilər. Bununla yanaşı büdcənin bölünməsi, nəyə xəriclənməsi haqda məlumatı yerli hakimiyyətdən tələb edə bilərlər.

Ağməmmədli sakinləri də “Vətəndaş Büdcəsi” çərçivəsində kəndin daxili yollarının bərpa olunmasını istəyirdilər. Onların qalib gəldiyi layihə 2017-ci ildən bu günə kimi həyata keçirilməyib. Kənd sakinləri illərdir ki, yağışlı havada palçıqda və günəşli havalarda isə tozlu yollarda hərəkət edirlər. Sakinlər deyir ki, illərdir onlar bu cür şəraitdə yaşayırlar və onların problemi ilə maraqlanan yoxdur.

Kənd sakinlərinə isə qaranlıq qalan məqam odur ki, onların qalib gəldikləri layihə nə üçün indiyə qədər həyata keçirilməyib.

Marneuli meriyasından konkret qeyd etmirlər ki, "Vətəndaş Büdcəsi" çərçivəsində layihə niyə həyata keçirilməyib. Ancaq izah edirlər ki, 2019-cu ilin büdcəsində Ağməmmədli-Ulaşlı-Qasımlını əlaqələndirən yolun bərpası planlaşdırılır.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Marneuli meri vəzifəsinə 16 nəfərin
namizədliyi irəli sürülüb.
20:51 / 19.04.2019

Marneuli meri vəzifəsinə 16 nəfərin namizədliyi irəli sürülüb.

Marneuli
bələdiyyəsinin Alegti kəndində xarab olmuş daxili yollar əhali üçün
yeni problem deyil.
17:33 / 19.04.2019
Marneuli bələdiyyəsinin Alegti kəndində xarab olmuş daxili yollar əhali üçün yeni problem deyil.
Kirəç Muğanlı kəndində sahibsiz itlər
sakinləri narahat edir. Sakinlərin sözlərinə görə sahibsiz itlərin
küçədə sürü ilə gəzməsi onlar üçün təhlükə
yaradır.
17:03 / 19.04.2019

Kirəç Muğanlı kəndində sahibsiz itlər sakinləri narahat edir. Sakinlərin sözlərinə görə sahibsiz itlərin küçədə sürü ilə gəzməsi onlar üçün təhlükə yaradır.

Marneuli merliyinə namizədlərin qeydiyyatı bu
gün başa çatır.
15:45 / 19.04.2019

Marneuli merliyinə namizədlərin qeydiyyatı bu gün başa çatır.

Yağış yağan zaman Marneuli küçələri uşaqlar
üçün sevimli oyun meydançasına çevrilə
bilər,
13:58 / 19.04.2019
Yağış yağan zaman Marneuli küçələri uşaqlar üçün sevimli oyun meydançasına çevrilə bilər,
Bu gün, 18 aprel tarixində Marneulidə mədəni
irsin mühafizəsi günü qeyd olunub. Mədəniyyət evində sərgi
keçirilib.
16:57 / 18.04.2019

Bu gün, 18 aprel tarixində Marneulidə mədəni irsin mühafizəsi günü qeyd olunub. Mədəniyyət evində sərgi keçirilib.

“Gürcüstan”
partiyası Marneuli meri vəzifəsinə namizəd kimi Leila Xaraişvilini
qeydiyyatdan keçirib.
13:19 / 18.04.2019
“Gürcüstan” partiyası Marneuli meri vəzifəsinə namizəd kimi Leila Xaraişvilini qeydiyyatdan keçirib.
Marneuli meri vəzifəsinə müstəqil namizəd Əli
Bədirov artıq rəsmi olaraq Marneuli Seçki Dairəsində qeydiyyatdan
keçib.
16:21 / 17.04.2019

Marneuli meri vəzifəsinə müstəqil namizəd Əli Bədirov artıq rəsmi olaraq Marneuli Seçki Dairəsində qeydiyyatdan keçib.