İstintaq xidməti xüsusən böyük miqdarda metal əşyaların qaçaqmalçılığı ilə bağlı üç fakt aşkarlayıb
11:56 / 18.03.2019
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq
Xidmətinin əməkdaşlarının Gəlirlər Xidməti Gömrük Departamentinin
nümayəndələri ilə birgəapardıqları əməliyyat nəticəsində Gürcüstanın
sərhədində xüsusən böyük miqdarda məhsulun daşınması ilə bağlı
qaydanın pozulması ilə bağlı üç fakt aşkar edib.
İstintaq nəticəsində müəyyən olub ki, cinayətdə adları hallanan
şəxslər “Sarp” gömrük buraxılış məntəqəsindən keçməklə Gürcüstana
gizli yolla bəyan edilməmiş, xüsusən böyük miqdarda qiymətli
metallar - qızıl və gümüş əşyaları gətirməyə cəhd ediblər.
İstintaq xidmətinin fəaliyyəti nəticəsində 22 kq-dan artıq gümüş və
2.5 kq qızıl əşyaları aşkarlanıb və onların ümumi dəyəri 240 000
laridən artıqdır.