Qırmızı lentlərə söylənmiş arzular - Marneulidə "çinar" ənənəsi

Candar kəndində bu gün əhali çoxluğu hiss olunur. Başqa günlərdə bu kəndə getmək üçün Marneulidən 10 dəqiqə lazımdırsa bu gün ola bilsin sizə yarım saat lazım olsun. Hamı bir istiqamətə “çinara” dilək tutmaq üçün gedir.



Qırmızı lentli ağacı görənə qədər məsafə keçməli olacaqsınız və orada ticarətçilər bir çox piştaxta qoyublar. Demək olar ki, bu gün onların bəxti gətirib. Hədiyyələr, şirniyyatlar və əldə hazırlanan əşyalara növbə durur. Qədim inanca görə həmin yerdən əli boş qayıtmaq olmaz.



İnsanlar dilək tutmaq, düşünmək üçün qırmızı lentlər alırlar və ağacın budağına bağlayırlar. Kimin diləyi artıq yerinə yetibsə onlar xalq musiqisi sədaları altında rəqs edirlər.



Əhali bizimlə adətlər haqqında danışır.

Yerlilərdən başqa gələn qonaqları da görə bilərsiniz. Onlar bu günə inanırlar və dilək tutmaq onlara ümid verir. Ənənəvi rəqslər və müxtəlif musiqilər burada axşama qədər davam edir.



Çinarə getmək hər hansısa dini bayramla əlaqədar deyil. Əfsanəyə görə məsələn, burada leylək uçardısa və yuvaya buğda gətirərdisə həmin il əhalinin bərəkətli məhsulu olardı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები