Xəbərlər
DİN Gürcüstanda internetlə narkotik satışının cinayət sxemini aşkar edib
Daxili İşlər Nazirinin Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini – Mamuka Celidze.
DİN fəal şəkildə narkotik cinayətlərlə eləcə də internet vasitəsilə narkotikin qanunsuz istifadəyə verilməsi ilə mübarizəni davam etdirir.

DİN-nin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları bir neçə ay ərzində həyata keçirilmiş geniş miqyaslı operativ istintaq nəticəsində xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi-saxlanılması, eləcə də internetdən istifadə edərək narkotik vasitələrin qanunsuz istifadəyə verilməsi ittihamı ilə, Tbilisidə Rusiya Federasiyasının 3 vətəndaşı saxlanılıb. Cinayət 8-dən 20 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Aparılan istintaq nəticəsində müəyyən edilib ki, saxlanılanlar təşkil edilmiş narkotik istehsalşıları qrupunu təmsil edirlər və onlar Gürcüstana narkotik istifadəyə vermək məqsədi ilə gəliblər.

Müttəhimlər narkotiki kiçik bağlama şəklində satırlarmış, Tbilisidə müxtəlif ünvanlarda, gizlin yerlərdə saxlayır, şəklini çəkir və internetdə istifadəyə vermək məqsədi ilə yayımlayırmışlar.

Hüquq mühafizəçiləri onlardan ikisinin şəxsi və yaşayış evində axtarış aparıblar, istifadəyə hazırlanmış müxtəlif növ narkotik və yeni psixotrop maddələri sübut olaraq götürüblər.

Konkret olaraq: 2 kilo və 287 qram yeni psixotrop maddə “Buprenorfin” tərkibli maye, 187 qram “Mdma” və narkotik maddə “Norpendanil” aşkar ediblər.

Saxlanılanlar günahlarını etiraf ediblər.

Polis istintaq eksperimenti zamanı müttəhimlərin qeydi ilə müxtəlif yerlərdən istifadəyə hazırlanmış narkotik maddələr çıxarıblar.

İstintaq xüsusən böyük miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi-saxlanılması və istifadəyə verilməsinə cəhd faktları ilə bağlı Gürcüstan CM-nin 260-cı və 19-260-maddələri ilə gedir.

2019-cu ilin bir yanvarından bu günə qədər DİN əməkdaşları tərəfindən aparılan operativ istintaq nəticəsində aşkarlanıb: 12 kq-a qədər “Heroin”, 980 həb “Subuteks” və “Suboksin”, 2200 həb “Ekstaz”, 5 kq-a qədər yeni psixotrop maddələr, 1 kilo 350 qram Kokain və 250 qram psixotrop preparatlar. Cari ildə hüquq mühafizəçiləri narkotik vasitələrə görə 477 nəfəri cinayət işinə cəlb ediblər.

Mənbə: police.ge

FaceBook Twitter Google
მსგავსი სიახლეები
16
avqust tarixində gecə Rustavi şəhərinin 15-ci mikrorayonunda
yaşayış evlərinin birində 35 yaşlı kişinin meyiti
tapılıb.
16 avqust tarixində gecə Rustavi şəhərinin 15-ci mikrorayonunda yaşayış evlərinin birində 35 yaşlı kişinin meyiti tapılıb.
Dedoplistskaro bələdiyyəsinin Samreqlo
kəndində yol nəqliyyat hadisəsi zamanı 62 yaşlı kişi dünyasını
dəyişib.
Dedoplistskaro bələdiyyəsinin Samreqlo kəndində yol nəqliyyat hadisəsi zamanı 62 yaşlı kişi dünyasını dəyişib.
Bakurianidə inşa olunan korpusdan 56 yaşlı
fəhlə tikintidən yıxılıb. O, hadisə yerindəcə dünyasını
dəyişib.
Bakurianidə inşa olunan korpusdan 56 yaşlı fəhlə tikintidən yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin Vake-Saburtalo polis idarəsinin əməkdaşlarının
həyata keçirdikləri operativ-istintaq tədbirləri
nəticəsində
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində
"Tbilisi Qaleri"da yanğın baş verib.
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 16 avqust tarixində saat 10:00-dan 20:00-a kimi Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.
Marneulinin Ərzaq Zavodu qırmızı tkemalinin
satışını dayandırır. “Momxmarebeli.ge” portalının məlumatına görə
məhsulda qeyri-qida boyası “sudan 1” aşkarlanıb.

Marneulinin Ərzaq Zavodu qırmızı tkemalinin satışını dayandırır. “Momxmarebeli.ge” portalının məlumatına görə məhsulda qeyri-qida boyası “sudan 1” aşkarlanıb.

Gürcüstanın
“Strateji Araşdırmalar və İnkişaf Mərkəzi”nin apardığı yoxlama
nəticəsində 42 adda məhsuldan 6-da qeyri-qida boyaları
aşkarlanıb.

Gürcüstanın “Strateji Araşdırmalar və İnkişaf Mərkəzi”nin apardığı yoxlama nəticəsində 42 adda məhsuldan 6-da qeyri-qida boyaları aşkarlanıb.