İstintaq xidməti başqasının mülkünü aldatmaqla mənimsəmək faktı ilə bağlı iki nəfəri saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidməti DTX-nin rüşvətə qarşı Agentliyi və Milli Ərzaq Mühafizəsi Agentliyi ilə əməkdaşlıq nəticəsində aparılan operativ əməliyyat tədbirləri və istintaq fəaliyyəti nəticəsində əvvəlcədən razılaşılmış qrup tərəfindən başqasının mülkünü aldatmaq mənimsəmək faktı ilə bağlı iki nəfəri saxlayıb.

İstintaq müəyyən edib ki, müttəhimlər müxtəlif regionlarda, ucuz qiymətə at və eşşək əti alırlarmış və Tbilisi şəhərində yerləşən “Bioni” obyektinə daşıyırlarmış. Hər hansı qeydiyyatdan kənar və sanitar normaları qorumadan at və eşşək ətini çəkirlərmiş və sonra bazarlara və müxtəlif qida obyektlərinə mal əti adı ilə istifadəyə verirlərmiş.

İstintaq nəticəsində bazarlarda, eləcə də bir neçə obyektdə böyük miqdarda ər aşkarlanıb. Ekspertizanın nəticəsinə əsasən at və eşşək əti tərkibi müəyyən edilib. Eləcə də “Bioni” də at və eşşək əti aşkarlanıb.
İstintaq Gürcüstan CM-nin 180-ci maddəsinin ikinci hissəsi ilə aparılır. Maddə 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google