Təzəkənddə qəza nəticəsində piyada ayağını itirib
Marneulinin Təzəkənd kəndində yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Yol nəqliyyat hadisəsi haqqında məlumatı Marneuli televiziyası yayımlayır. Onların bildirdiyinə görə maşın piyadanı vurub.
Zərərçəkən Marneulidə yerləşən Ceo Hospitala yerləşdirilib.

Radioya verilən məlumata görə qəza zamanı piyada ayağını itirib. Onun vəziyyəti stabil ağırdır.

“Marneuli” radiosuna DİN-dən verilən məlumata görə, qəza nəticəsində iki şəxs xəsarət alıb.

CM-nin 276-cı maddəsi ilə iş qaldırılıb. Maddə avtomobil, tramvay, trolleybus, traktor və ya başqa mexaniki nəqliyyat vasitəsinin nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən hərəkəti qaydasının zamanı təhlükəsizliyi və ya ekspluatasiyası qaydasının pozulması ilə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmanı nəzərdə tutur.

Qeyd olunan cinayət cərimə və ya 3 ilə qədər azadlıqdan məhrum edilmə yaxud həmin müddətə çalışmaq hüququnun alınması ilə cəzalandırılır.



"Marneuli" Radiosu
Print