Tarixdə Bu Gün
Tarixdə Bu Gün 15.04.2019-cu il.
1970-ci ilin 15 aprelində Yaponlar ilk dəfə elektron kalkulyator hazırlamışdılar.

Dünyanın ən böyük gəmisi olan Titanik 1912-ci ilin bu günü aysberqlə toqquşaraq batmışdır (Bəzi mənbələrdə gəminin batmasını siyasi səbəblərlə əlaqələndirirlər, çünki Titanik elə materialdan hazırlanmışdı ki, qırılmaz, deşilməz bir buz parçası ilə (aysberqlə) batacaq gəmi deyildi).

Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı Leonardo da Vinçi 15 aprel 1452-ci ildə anadan olmuşdur. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 15 aprel 1985-ci ildə 61 yaşında Moskvada dünyasını dəyişmişdir.

"Marneuli" Radiosu
Print