Ankarada 4 gürcünü oğurluq etdiyi binada qoyduqları şirniyyatla tapıblar və həbs ediblər

Türkiyə mediasının məlumatına görə, hüquq mühafizəçiləri Türkiyənin paytaxtı Ankarada oğurluq ittihamı ilə 4 nəfər Gürücstan vətəndaşını saxlayıb.

Türk polislərinin bəyanatına görə, müttəhimlər Ankarada elit yaşayış evlərinə girirlərmiş və bahalı əşyaları oğurlayırlarmış.

Yerli medianın yazdığına görə evlərdən birində oğruların yaxındakı mağazadan aldğığı şirniyyat qalıb. Hüquq mühafizəçiləri məhz həmin şirniyyatla izə düşüblər və həmin mağazanın nəzarət kameralarının qeydinə baxıblar.

Polis saxlanılanların yaşayış evlərindən oğurladığı əşyaları aşkar edib, onalar arasında saatlar, kompüterlər, qızıl əşyaları və pul var.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google