Hal-hazırda Marneuli merliyi üçün 13 namizəd qeydiyyatdan keçib

Marneuli merliyinə namizədlərin qeydiyyatı bu gün başa çatır.

İndiki mərhələdə namizəd olaraq 13 nəfər qeydiyyatdan keçib.

Qeyd edilməlidir ki, qeydiyyatdan keçmiş namizədlərin siyahısı ola bilsin günün sonuna qədər dəyişsin.

Marneulidə növbədən kənar mer seçkiləri 2019-cu ilin 19 mayında keçiriləcək.

İndiyə kimi Marneuli radiosuna yalnız 5 namizədin kimliyi məlumdur. “Gürcü Arzusunun” namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev, Siyasi Birlik “Güc Birlikdədir”in namizədi Aqil Mustafayev, “Gürcüstan” partiyasının namizədi Leila Xaraişvili və müstəqil namizəd Əli Bədirov bir-biri ilə mübarizə aparacaqlar.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google