Külli miqdarda narkotik vasitənin qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılmasına görə 2 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması ittihamı ilə 1984-cü ildə anadan olmuş S.B. və 1991-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı N.İ.-ni saxlayıb.

Bu barədə məlumatı Daxili İşlər Naziri yayıb. Həmin məlumatda bildirilir ki, hüquq mühafizəçiləri saxlanılan şəxslərin özlərinin və yaşadıqları evlərinin axtarışı nəticəsində 31 bağlama tərkibində “heroin” olan “Siretsi” narkotik vasitəsi müsadirə ediblər.
Külli miqdarda narkotik vasitənin qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması faktı illə bağlı istintaq davam edir.

Törədilmiş cinayətə görə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mənbə: rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google