Kobuletidə mağaza qarət olunub, oğrular nəzir qutusunu aparıb
Kobuleti bələdiyyəsinin Açkvistavi kəndində
mağaza qarət olunub.
Kənd
kisə tikilməsi üçün pul yığırdı, pul yığmaq üçün nəzərdə tutulmuş
nəzir qutusu isə həmin mağazada yerləşdirilmişdi.
İçərisində təxminən 700 lari olan həmin nəzir qutusu da oğurlanıb.
Bundan baş oğrular kassada olan təxminən 170 lari və ərzaq
məhsulları da aparıblar.
Oğrular gecə saatlarında kəndin mərkəzində yerləşən mağazanın
qıfılını qırıb və mağazaya daxil olublar.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin oğurluğu nəzərdə
tutan 177-ci maddəsi ilə istintaq aparılır.
Mənbə: rustavi2.ge