Məktəb şagirdi intihar etdi - 15 yaşındakı Şalva həddən artıq ehtiyac içində yaşayırdı
Martvilidə 15 yaşlı oğlan intihar edib. Yerli
sakinlər məktəb şagirdinin intiharının səbəbini müzakirə
edirlər.
Əsas
versiya isə onun olduqca çətin şəraitdə yaşamasıdır.
Qonşular hesab edirlər ki, ehtiyac içində yaşamaları uşağın
gündəlik həyatına ciddi təsir edib. Şako və qardaşını atası
saxlayırmış. Anaları onları atıb gedəndə onlar balaca olublar.
Yerli sakinlər deyirlər ki, ata kənddə istənilən bir işlə
razılaşardı, yetər ki, gündə bir neçə lari qazanıb uşaqları üçün
evə yemək apara bilsin, lakin bu həmişə alınmırdı. Bəzən gördüyü iş
qarşılığında ona pul əvəzinə, ikinci əl geyim verdilər.
Şakonun soyadı demək olar ki, məktəb büfetinin nisyə dəftərinin hər
səhifəsində var. O, gündə 50 tetriyə kökə alırmış. Nisyə aldığı
kökənin yarısını kiçik qardaşına verirdi.
Ailə üzvləri bildirirlər ki, Şako yay tətilində müxtəlif yerlərdə
fiziki işlərə məşğul olurdu ki, gündəlik bir neçə lari qazansın və
özü və kiçik qardaşı üçün yemək ala bilsin.
Yeniyetmənin intiharının həddən artıq çətinliyin səbəb
olub-olmadığını isə istintaq müəyyən edəcək.
Şakonun intiharından sonra ailədə psixoloji zorakılığa məruz qala
biləcəyi barədə versiya da ortaya atıldı. “Kuryer” bu məlumatı da
araşdırdı. Sosial Xidmətdən “Kuryer”ə bildirdilər ki, onlara
zorakılıq barədə heç bir məlumat daxil olmayıb.
Şakonu sonuncu dəfə məktəb müəllimi görüb. Uşağın atası məktəbə
gəlib oğlunu soruşub və peyvənd üçün həkimə aparacağını bildirib.
Bu zaman onlar qısa müddət ərzində uşağın davamiyyəti barədə söhbət
ediblər. Müəllim deyir ki, Şako çox istedadlı, münaqişələrdən uzaq
və intizamlı bir şagird idi.
Hüquq mühafizəçiləri 15 yaşlı oğlanın atasını dindiriblər, bundan
sonra isə o, "Rustavi2"-yə danışmaq istəmədiyini bildirib.
Bələdiyyə rəhbəri ailənin həddindən artıq ehtiyac içində yaşaması
ilə bağlı heç bir şey eşitmədiyini bildirdi. Anons efirə getdikdən
sonra isə Aleksandre Qriqalava jurnalistləri faciə yerinə apardı və
bildirdi ki, ailənin vəziyyəti ilə yaxşı məlumatı var, azyaşlıların
heç nəyə ehtiyacı olmayıb və heç qida çatışmazlığı da olmayıb.
Mənbə:
rustavi2.ge