DİN-in əməkdaşlarına qarşı zorakılıq edən hər kəs məsuliyyət daşıyır – Giorgi Qaxariya
Daxili İşlər Naziri Giorgi Qxariya Pankisi dərəsində bildiirb ki, kim bu gün DİN-in əməkdaşlarına qarşı zorakılıq edənlər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Qaxariyanın sözlərinə görə, xüsusi təyinatlılar dərəni tərk edəcək, ancaq yerində “gücləndirilmiş polis” qalacaq – yazır region info.

“Bizim razılaşmamız asandır və eyni zamanda çətindir. Əlbəttə, DİN əməkdaşlarına qarşı fiziki zorakılıq edən hər kəs müvafiq məsuliyyət daşıyır, bu bir. İkinci də biz belə razılaşdıq ki, hesi tikən şirkət nümayəndələri yerli əhali ilə danışıqlara davam edəcəklər və konkret həddə dəstək olarsa onlar həmin konkret halda onlarla söhbətə davam edəcəklər. Ancaq burada başqa bir çox layihələr var və fəal şəkildə çalışmağa başlayacaqlar. DİN-in xüsusi təyinatlıları dərəni tərk edəcəklər, anca DİN-in gücləndiriliş polisi dərədə qalacaq” – Giorgi Qaxariya bildirib.

Nazir bildirib ki, bunu Pankisiyə getdikdə qocalarla görüşdükdən sonra edib. Görüşdə eləcə də Gürcüstanın Regional İnkişaf vəİnfrastruktur naziri Maia Tsikitişvili, ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilidə iştirak edib.
Print ელ. ფოსტა
თეგები: პანკისი
FaceBook Twitter Google