“Orada gücdən istifadə edənə kimi iki dəfə düşünün...Çox təhlükəli əraziyə daxil olursunuz” – Mixeil Saakaşvili Pankisi hadisələrinə rəy bildirib
Pankisidə gedən hadisələrə Gürcüstanın üçüncü
prezidenti rəy bildirib. Mixeil Saakaşvili hakimiyyəti dərə
əhalisinə qarşı güc istifadə etməməyə və masa arxasına oturub
söhbət etməyə çağırıb.
Saakaşvili bildirib ki, Pankisi sakinlərinin
tələbini dəstəkləyir və dərədə hes tikilməməlidir. O, eləcə də
əhalini maksimum dərəcədə sakitliyi qorumağa çağırıb.
“Onların hesin tikildiyi yerdə tikilməməsi ilə bağlı
tələbi tam ədalətlidir, çünki həmin hes onların yaşayış mühitinə,
iqtisadi perspektivlərə ölüm təhlükəsi yaradır və mən Gürcüstan
hakimiyyətinə demək istəyirəm ki, orada gücdən istifadə edənə,
xüsusui təyinatlıları göndərənə qədər iki dəfə düşünün. Mən başa
düşürəm siz bu hesləri niyə tikirsiniz, çünki bu İvanişvilinin
şəxsi maraqlarıdır, Kaladzenin şəxsi marağıdır. Ancaq bu
Gürcüstanın marağı deyil. Gürcüstanda başqa bir çox yerlərdə hes
tikmək olmaz, ancaq çünki Gürcüstanın əsas gəlir yeri turizmdir və
həmin turizmlə xalq özünü dolandırır. Bu turizm son illərdə yarandı
və indi bunun da böyük təhlükəsi olacaq. Mən Pnakisili bacı və
qardaşlarıma demək istəyirəm ki, maksimum dərəcədə sakitliyi
qorusunlar. İndi dialoq mütləq vacibdir. Gürcüstan hakimiyyətinə
nəhayət ki, sağlam fikir bildirdiniz və öz sakinlərinizlə və
onların liderləri ilə birgə dialoq masasında oturun. Dərhal Malxaz
Maçalikaşvilini azad edin, çünki belə metodlarla siz xalqı
dayandıra bilməyəcəksiniz. Bu çox diqqətli mövzudur və siz çox
təhlükəli əraziyə daxil olursunuz. Çünki burada çox maraqlar
bir-birinə bağlanıb və bu bizim dövlət maraqlarımıza problem
yaradır. Ona görə də indi dialoqun alternativi yoxdu”
– Saakaşvili bildirib.
Mənbə:
rustavi2.ge