Türkiyədə futbol klubunun avtobusu aşıb
Türkiyədə güclü qar yağması bir çox qəzalara səbəb olub.

3-cü liqa təmsilçisi “Fatsa Bələdiyyəspor” da xoşagəlməz halla üzləşib.

Futbol komandasını “Çankaya” ilə səfər matçına aparan avtobus Ankara yaxınlığında qəzaya uğrayıb.

Avtobusun aşması nəticəsində sürücü ciddi xəsarət alıb, futbolçular və məşqçilər yüngül yaralarla qurtulublar.
Mənbə: apa.az
Print