Daha 106 erməni hərbçisinin meyiti Ermənistana verilib, keçən ilin
iyununda Dağıstanda saxlanmış Azərbaycan vətəndaşlarından 7-nə
qarşı cinayət işlərinə xitam verilib, bu
gündən Azərbaycanda 50 yaş və daha yuxarı şəxslərin
vaksinləşdirilməsinə başlanılır - bu və digər xəbərlər BBC News
Azərbaycancanın icmalında.
Daha 106 erməni hərbçisinin meyiti Ermənistana verilib, bu barədə
"Sputnik Armenia" xəbər yayıb.
Sayt yazır ki, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olmuş
106 erməni hərbçisinin meyitini Rusiya sülhməramlılarının
vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.
Xəbərdə deyilir ki, tanınmamış "DQR Fövqəladə Hallar üzrə Dövlət
Xidməti" "tanınmaz halda" olan hərbçilərin əvvəlcə dəfn olunduğu,
daha sonra qalıqlarının Füzuli, Hadrut və Cəbrayıl qəbirlərindən
çıxarılaraq təhvil verildiyi ehtimal olunduğunu bildirib.
Azərbaycan Müdafiə Nazirliyindən bu barədə hələlik şərh almaq
mümkün olmayıb.
Bundan əvvəl tanınmamış "DQR Prezidenti" Arayik Arutyunyan öz
Facebook hesabında 106 hərbçinin qalıqlarının Ermənistan tərəfinə
verildiyini yazıb.
O, həmçinin bildirib ki, tərəflər 1990-cı illər müharibəsində həlak
olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy
göstərirlər.
"Qarabağın daxili işlər naziri Karen Sarkisyan Ədli Tibb Bürosuna
(morqda) gəlib. Nazir itkin düşənlərin və ölən hərbçilərin
cəsədlərinin axtarışı üçün bütün addımların atıldığını və gələcəkdə
danışıqların davam etdiriləcəyini əmin edib. O, həmçinin həlak
olmuş hərbçilərin valideynlərinə başsağlığı verib, onlara güc və
səbr diləyib", - Sputnik Armenia yazır.
Sayt yazır ki, atəşkəsin bərqərar olmasından sonra son döyüş
əməliyyatları zonasında aparılan axtarışlar zamanı "həm hərbi, həm
də mülki şəxslərin 1485 nəfərinin cəsədləri və qalıqları
tapılıb".
Mənbə:
BBC.azerbaycan