Avropada inşa olunan ən böyük məscidin divarına İslam əleyhinə şüar yazılıb
Fransada tikilməkdə olan Eyüp Sultan məscdinin divarında “İslama yox, evinizə qayıdın!” şüarı yazılıb.

Məlumatı məscidin məxsus olduğu İslam Toplumu Milli Görüş icması yayıb.

Bildirilib ki, hadisə Fransanın hazırkı zərərli ab-havanı əks etdirir.

Məlumata görə, tikilib başa çatdırılandan sonra bu, Avropanın ən böyük məscidi olacaq. Məscidddə eyni vaxtda 3 min nəfər namaz qıla biləcək.

Məscidin həyətində 600 avtomobil parkinq edə biləcək. 44 metr hündürlüyündə qoşa minarə Strasburqun dini, memarlıq və mədəni plüralizminə rəng qatacaq.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google