Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin
qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul
edib.
Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında
çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, martın 1-dən etibarən Azərbaycan vətəndaşları
neqativ cavablı PCR testi ilə hava yolu ilə Gürcüstana daxil ola
biləcəklər.
Baş nazir qeyd edib ki, qaydalar Azərbaycanla yanaşı, Ukrayna,
Qazaxıstan, Ermənistan, Rusiya və Belarusa da aid ediləcək.
İ. Qaribaşvili vurğulayıb ki, ölkənin quru sərhəd-keçid
məntəqələrində cari rejim saxlanılacaq.
Qeyd edək ki, Qurumlararası Koordinasiya Şurasının daha əvvəl qəbul
etdiyi qaydalara əsasən, Azərbaycan vətəndaşları yeni növ
koronavirus (COVID-19) əleyhinə hər iki doza peyvəndin vurulmasını
göstərən sənəd təqdim etməli idilər.
Mənbə: apa.az