Azərbaycanın Baş naziri Qaribaşvilini təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

Mənbə: apa.az
Print