Ümid edirik ki, "Pfizer"-dən gözlədiyimiz dozanı mart ayının ilk iki həftəsində alacağıq – Tamar Qabunia
Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, həftə sonuna qədər “Covax”, “Pfizer” və Gürcüstan arasında məsləhətləşmə baş tutacaq. Gürcüstanın vəd verilmiş 29 250 vaksin dozasını nə zaman alacağı dəqiqləşdiriləcək.

Qabunianın Qurumlararası Koordinasiya Şurasının iclası bitdikdən sonra bildirdiyinə görə, güman ki, ölkə mart ayının ilk iki həftəsində “Pfizer”-dən gözlədiyi dozaları qəbul edəcək.

„Biz bu həftə “Pfizer” vaksinini qəbul edəcəyimizlə bağlı əlavə şərtlər almışıq. Həftə sonuna qədər bir daha “Covax”, “Pfizer” və Gürcüstanın iştirakı ilə məsləhətləşmə keçiriləcək. Bütün təfərrüatlar və Gürcüstanın “Covax Platform”-dan almalı olduğu, vəd verilmiş 29 250 dozanı nə zaman alacağımız dəqiqləşdiriləcək. Həmin dozaları fevral ayının sonuna qədər gözləyirdik. Ancaq tətbiq edilmiş əlavə tələblərə görə, bu dozanı almalı olan bütün ölkələrdə müvafiq təxirə salmalar baş verib. Ümid edirik ki, martın ilk iki həftəsində artıq “Pfizer”-dən gözlədiyimiz dozanı alacağıq. Mən düşünürəm ki, gələn həftə daha çox məlumatımız olacaq, vaksin haradan gətirilir, nə zaman gəlir və nə zaman onu qəbul etmək imkanımız olacaq”, – Qabunia bildirib.

Mənbə: İnterPressNews
Print