Gürcüstanın Azərbaycana borcu azalıb
Gürcüstanın Azərbaycana borcu son bir ildə 19,7% və ya 1 237,0 min ABŞ dolları azalaraq 5 054,0 min dollar təşkil edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin 31 mart tarixinə olan göstəriciyə əsasən təqdim etdiyi hesabatında qeyd olunub.

Bildirilib ki, bu göstərici ötən ilin 31 martında 6 291 min dollar təşkil edib.

Hesabata əsasən, 2021-ci ilin 31 mart tarixində Gürcüstanın ümumi xarici dövlət borcu 7 720 504,0 min dollar təşkil edib ki, bunun da 95,2%-i hökumətin borcu təşkil edib. Gürcüstan Milli Bankının xarici borcu isə 367 057,0 min dollara bərabərdir.

Qeyd olunub ki, Gürcüstanın xarici dövlət borcu son bir ildə 35,7% və ya 2 032 243,0 min dollar artıb. Ötən il bu göstərici 5 688 261,0 min dollar təşkil edib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google