Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsüdür
Cari ilin yanvar-mart ayları ərzində Gürcüstan 10,2 min ton neft bitumu idxal edib. Bu da illik müqayisədə 4,1 min ton və ya 28,7 faiz azdır.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın birinci rübdə idxal edilən məhsulun 84,3 faizi və ya 8,6 min tonu Azərbaycanın payına düşüb. Bununla da Azərbaycan hesabat dövründə Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub.

Hesabat dövründə Gürcüstanın neft bitumu idxal etdiyi ölkələr sırasında İraq 1,1 min tonla ikinci (10,8 faiz), Rusiya 0,5 min ton və ya 4,9 faizlə üçüncü yerdədir.

Qeyd edilir ki, təkcə cari ilin martında Gürcüstan 5 min ton neft bitumu idxal edib ki, bunun da 4,2 min tonu və ya 84 faizi Azərbaycanın payına düşüb.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google