Gürcüstanda ötən sutkada daha 1 310 nəfərdə koronavirus
infeksiyası aşkarlanıb, 12 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 299 038-ə,
ölənlərin sayı isə 3 971-ə yüksəlib.
Son 24 saat ərzində sağalanların sayı 632 nəfər artaraq 282 869
olub.