Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Davit
Tvalabeişvili nümayəndə heyəti ilə birlikdə Ankaraya işgüzar səfər
edib və bu müddətdə Türkiyənin Enerji və Təbii Sərvətlər nazirinin
müavini Abdullah Tancan ilə görüşüb.
İclas Gürcüstan səfirliyinin təşkilatçılığı və iştirakı ilə 2021-ci
il 19 aprel tarixində təşkil edilib. Səfər çərçivəsində Gürcüstanın
enerji şirkətləri (Gürcüstan Enerji Birjası, Gürcüstan Dövlət
Elektrik Sistemi, Elektrik Bazarı Operatoru) rəhbərlərinin türk
həmkarları ilə (EMRA, TEİAS, EPIAS, EUAS) görüşləri baş tutub.
Görüşlərdə Türkiyə ilə Gürcüstan arasında geniş miqyaslı enerji
əməkdaşlığı müzakirə olunub. Gürcüstan tərəfi Türkiyənin mövcud
enerji sahəsindəki tənzimləməri ilə bağlı təcrübəsini bölüşməyə və
ehtiyac olduqda texniki yardım göstərməyə hazır olmasını
alqışlayıb. Yığıncağın sonunda tərəflər mövcud fəal əməkdaşlığı
daha da dərinləşdirmək üçün işləri davam etdirmək naminə razılaşma
əldə ediblər.