Gürcüstan silahlı qüvvələrinin döyüş qabiliyyətini yerli dronlar
istehsal edərək artırmağa çalışacaq.
Bu barədə Gürcüstan parlamentinin “nazir saatı” formatında çıxış
edən müdafiə naziri Cuanşer Burçuladze deyib. Bildirib ki,
Gürcüstan “Delta” elmi texniki mərkəzində kiçik və böyük ölçülü
dronların hazırlanması ilə bağlı Cənubi Afrika və Polşa şirkətləri
ilə aktiv müzakirələrə başlayıb.
Nazir qeyd edib ki, Gürcüstan hökuməti bölgədə aparılan son döyüş
əməliyyatlarında da istifadə edilən əməliyyat-taktiki dronlara,
radio-elektron mübarizə və müşahidə cihazlarına xüsusi diqqət
ayırır.
Mənbə: apa.az