Xəbərlər
Gürcüstanda keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib
Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.

Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Z.Adeişvili Ukrayna vətəndaşlığı aldığından Gürcüstan vətəndaşlığından imtina etməsi ilə bağlı bu ilin martın 4-də müraciət edib.

Sənədə baxılandan sonra vətəndaşlığa xitam verilməsi ilə bağlı qərar Gürcüstan prezidentinə təqdim olunub. Dövlət başçısı ötən gün qərarı təsdiqləyib və sabiq nazir Gürcüstan vətəndaşlığından məhrum edilib.

Mənbə: report.az
| Print |