İstintaq Xidməti külli miqdarda vergidən yayınma faktları aşkar edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, külli miqdarda vergidən yayınma ilə bağlı iki fakt aşkar edib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində hər iki şirkətin rəhbərləri məsuliyyətə cəlb edilib.

İstintaq nəticəsində Kvemo Kartli bölgəsində fəaliyyət göstərən şirkət rəhbərlərinin vergi qanunvericiliyinə zidd olaraq sistematik şəkildə qeyri-düzgün vergi bəyannaməsi təqdim etdikləri və bu səbəbdən külli miqdarda vergi ödəməkdən yayındıqları ortaya çıxıb.

Vergi yoxlamaları nəticəsində vergi ödəyicisinin birinci halda dövlət büdcəsi lehinə 514 835 lari, (317 394 lari əsas vergi daxil olmaqla), ikinci halda isə 298 465 lari (196 785 lari əsas vergi daxil olmaqla) köçürməli olduğu ortaya çıxıb. Şirkətlərə məxsus əmlaka qadağa qoyulduqdan və dövlət büdcəsinə dəymiş ziyanı aradan qaldırmaq məqsədi ilə qanunla nəzərdə tutulmuş proseduralar başa çatdıqdan sonra müvafiq tədbirlər görülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutan 218-ci maddəsinin ikinci hissəsi ilə istintaq başladılıb.

Mənbə: inforustavi.ge
Print