Xəbərlər
ADB "Gürcüstan Dəmir Yolları"na 20 milyon dollar investisiya qoyub
Asiya İnkişaf Bankı (ADB) “Gürcüstan dəmir yolları” SC-nin "Yaşıl istiqraz"larına 20 milyon ABŞ dolları investisiya qoyub.

Bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumata görə, həmin vəsait dəmir yolu xətlərinin yaxşılaşdırılması məqsədilə buraxılmış avrobondların təkrar maliyyələşdirilməsi üçün istifadə olunacaq.

ADB-in İnfrastrukturun maliyyələşməsi, Cənubi, Mərkəzi və Qərbi Asiyada Özəl sektorda əməliyyatlar departamentinin direktoru Şantanu Çakraborti bildirib ki, Gürcüstan Avropa və Asiyanın kəsişməsində yerləşir, vacib ticarət və nəqliyyat dəhlizi rolunu oynayır: "Yaşıl istiqraz"ların buraxılması ölkənin dəmir yolu şəbəkəsinin modernləşdirilməsinə imkan verəcək. Şəbəkə ölkə iqtisadiyyatı və region üçün mühüm əhəmiyyət kəsb edir. Yolların müasirləşdirilməsi daşınmaları daha sürətli və təhlükəsiz edəcək”.


Mənbə: report.az


FaceBook Twitter Google
დაიცავი დისტანცია