Gürcüstan iqtisadiyyatı 4,5% kiçilib
Bu ilin I rübündə Gürcüstanda istehsal olunmuş nominal ümumi daxili məhsulun (ÜDM) dəyəri 11,276 milyard lari təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, İllik müqayisədə ÜDM-in real artım tempi 4,5 % azalıb, ÜDM deflyatoru isə 6,8% artıb.

Hesabat dövründə ölkədə real artım maliyyə və sığorta (24%), mədən sənayesi (50,3%), sağlamlıq və sosial fəaliyyət (13,3%), topdan və pərakəndə satış (3,9%), informasiya və kommunikasiya (16,8%) sahələrində qeydə alınıb.

Qonaqlama və qidalanma xidmətləri (-54%), tikinti (-19,4%), incəsənət, əyləncə və rekreasiya (-25,4%), daşınmaz əmlak xidmətləri (-6,4%), nəqliyyat və anbar təsərrüfatı (-9%) sektorlarında isə azalma müşahidə edilib.

Yanvar-martda ticarət (14,9%), daşınmaz əmlak (11,8%) və istehsal (10,6%) sahələri ÜDM-də ən böyük paya sahib olub.

Mənbə: report.az
Print