Uşaqlara yönəlik cinsi istismarla bağlı 254 hadisə üzrə istintaq başladılıb

"Cinsi zorakılığın göstəricisi xüsusi narahatlıq doğurur. 2020-ci ildə 254 belə iş üzrə istintaq başladılıb", – deyə Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcaria parlamentdə etdiyi hesabatda qeyd edib.



O, 2020-ci ildə 887 yetkinlik yaşına çatmayan şəxsin məişət zorakılığı cinayətlərinin qurbanı olduqlarını söyləyib.

"2020-ci ildə 887 yetkinlik yaşına çatmayan uşağın ailə zorakılığının qurbanı olduğu bildirildi. Cinsi zorakılığın göstəricisi narahatlıq doğurur və 2020-ci ildə 254 belə istintaq başladılıb. Ölkə daxilində yalnız 268 sosial işçi və 12 psixoloq işlədiyi üçün zorakılığa məruz qalan uşaqların müvafiq xidmətlərdən istifadə imkanları yoxdur və ya dəstək kifayət qədər effektiv deyil", – deyə Nino Lomcaria bildirib.

Onun sözlərinə görə, problemin ciddiliyinə baxmayaraq, dövlət hələ uşaq intiharının aradan qaldırılması üçün xüsusi bir strategiya və fəaliyyət planı hazırlamayıb.

Mənbə: report.ge

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები