Azərbaycandan Gürcüstana turist səfərlərində artım gözlənilir
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “Buta Airways” şirkətinin Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşların tezliyini artırması barədə qərarını alqışlayıb.

O, Azərbaycandan ölkəyə gələcək turistlərin sayında artımın olacağını bildirib.

“Qonşu ölkələrdən turistlərin Gürcüstana daha asan daxil olmaları çox vacibdir. Bakıdan, Azərbaycandan ənənəvi olaraq dostlarımızı və qonaqlarımızı qəbul edəcəyik. Quru sərhədlərdən də Azərbaycandan turistlər gözləyirik”, – N.Turnava deyib.

Nazir qeyd edib ki, “Buta Airways” iyulun 20-dək həftədə beş reys, həmin tarixdən etibarən isə gündə iki reys yerinə yetirəcək.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google