“Rəcəb Tayyib Ərdoğanın azərbaycanlılar üçün olduqca
önəmli şəhər olan Şuşaya səfəri Türkiyə Prezidentinin Qarabağa ilk
səfəri kimi tarixə düşüb”.
Bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun
eksperti Zurab Batiaşvili analitik yazısında yazıb.
Politoloqun fikrincə, Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın
ərazi bütövlüyü məsələsinə qeyd-şərtsiz dəstəyini bir daha
təsdiqləmiş olacaq:
“Ərdoğanın səfəri regionda İkinci
Qarabağ müharibəsindən sonra yaranmış reallıqları vurğulayıb.
Ankara müharibə zamanı əsas müttəfiqi olan Azərbaycanı
dəstəkləməkdə davam edib. Aydındır ki, Türkiyə Qafqazda və
ətrafdakı vəziyyətdən öz xeyrinə istifadə etməyə
çalışacaq”.
Mənbə: report.az