Dmanisinin Sameba kəndi yaxınlığında daha bir zəlzələ meydana gəlib
Bu gün saat 08:31-də Dmanisi Bələdiyyəsinin Sameba kəndi yaxınlığında daha bir zəlzələ hadisəsi baş verib.

Seysmik Monitorinq Mərkəzindən verilən məlumata görə, zəlzələnin gücü 3 bal olub.

Yeraltı təkanlar Sameba kəndi yaxınlığında 14 və 15 iyunda qeydə alınıb. O zaman zəlzələnin gücü 2.9 və 3.3 bal olub.

Eyni kənddə, 6 iyun saat 20:00-dan 22:00-a qədər 3 bal gücündə zəlzələ baş verib.


Mənbə: Netgazeti

Print