Laşa Bekauri Olimpiya çempionudur
Gürcüstanlı cüdoçu Laşa Bekauri 90 kq çəki dərəcəsində Tokio Olimpiadasının çempionu olub. O, finalda almaniyalı Eduard Tripeli məğlub edib.

Bekauri həmçinin Avropa çempionu, Dünya Gənclər Çempionatının ikiqat qalibi, Avropa Gənclər çempionunun qızıl medalçısı, Avropa Gənclər Kuboku çempionudur.

Finalda qazandığı medal Gürcüstan nümayəndə heyəti üçün üçüncü medaldır. Bundan əvvəl Gürcüstanlı idmançılar cüdoda iki gümüş medal qazanıb.

Finaldan əvvəl Bekauri ümumilikdə 4 rəqibini məğlub edib.


Mənbə: Netgazeti

Print