Türkiyə və Azərbaycan ortaq Türk ordusunun yaradılmasını müzakirə edir
“Türkiyə və Azərbaycan birgə türk ordusunun yaradılması ilə bağlı danışıqlar aparır”.

Bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, bu məsələ ilə bağlı suala cavab verərkən hər iki ölkə arasında razılaşmalara uyğun olaraq keçirilən hərbi təlimləri də xatırladıb.

"Bütün bunlara rəğmən, bizim əsas amalımız bir millət, iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google