Vətəndaşların hərbi xidmətə payız çağırışı 2021-ci ilin 2 avqust
tarixindən başlayacaq və 2021-ci ilin 25 dekabr tarixinə qədər
davam edəcək.
Müvafiq qərar qanunvericilik səhifəsinə bu gün yerləşdirilib.
Sərəncamı ölkənin Baş naziri İrakli Qaribaşvili imzalayıb.
Sərəncama əsasən Gürcüstan Müdafiə Nazirliyinin tələbinə uyğun
olaraq, Gürcüstan müdafiə qüvvələrinə çağırılacaq vətəndaşların
maksimum sayı 1400, Xüsusi Cəzaçəkmə Xidmətində 684 nəfərdir.
DİN-nin tələbinə uyğun olaraq qurumda 1395, dövlət mühafizə
xidmətində isə 200 nəfər hərbi xidmət keçəcək.
Hərbi xidmətə çağırılmış vətəndaşların yaşı 18-dən 27-yə qədərdir.
Həmin şəxslərin Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydaya görə, hərbi xidmətə çağırışın təxirə salınmasını, yaxud
hərbi xidmətə çağırışdan azad edilməni tələb etmək hüququ
yoxdur.