Proprsional siyahıya düşmüş qadınlar və seçkiqabağı nəzərə alınmayan qadınlar
2021-ci il yerli özünüidarə seçkiləri fərqli qaydada keçiriləcək. Təxminən bir ildir ki, Gürcüstan Parlamentinin qərarı ilə Seçki Məcəlləsində gender kvotası ilə bağlı dəyişiklik edilib.

Partiyalara proprsional siyahının üçlüyünə ən az bir nəfər fərqli cinsin nümayəndəsi daxil etmək öhdəliyi qoyuldu. Bu prinsiplə, Marneulidə ümumilikdə 10 partiya seçki siyahısı təqdim edib. Marneulili mülki fəal Samirə Bayramova hesab edir ki, qadınların siyasətə qoşulması mühümdür. Ancaq bu formal baxımdan olmamalıdır. O, hesab edir ki, Marneulinin seçki siyahılarında təqdim edilmiş qadınların əksəriyyəti siyahıya formal şəkildə daxil edilib.

"Təəssüf ki, onların ad və soyadı, cinsiyyəti siyahıda formal, simvolik şəkildə göründüyünə görə, bu bizə həmin istiqamətdə hələ çox işimizin olduğunu göstərir. İşləməliyik ki, bu siyahılarda həqiqi siyasətçi qadınlar olsun və bu işdə birlikdə olaq. Marneulinin timsalında deyə bilərəm ki, bir neçə partiyadan siyahıda olan qadınlardan yalnız birinin seçkiqabağı proseslərə fəal şəkildə qoşulduğunu görürük. O, həmçinin, media ilə əməkdaşlıq edir. Qalanları təəssüf ki, mediaya çıxmağı ayıb hesab edir və utanırlar. Formal və simvolik yanaşmalardan real həyata keçməliyik. O zaman qadınların siyasi həyata qoşulmasından, inkişafdan və sağlam həyat tərzindən danışa bilərik."

Seçkiqabağı görüşlərdə qadınlara az, yaxud heç rast gəlməyəcəyiniz hallar tez-tez baş verir. Müvafiq olaraq onların ehtiyacları az görünür. Mülki fəal düşünür ki, buna səbəb seçicilərlə görüşlərin qadınların getmədiyi məkanlarda keçirilməsidir. (Məs. Çayxana).

"Biz görürük ki, namizədlərin əksəriyyəti kişidir. Onlar siyasətçi deyil. Biz siyhıda elə adamlar görürük ki, biznesmendirlər. Aydındır ki, indi də biznesdədirlər. Sadəcə bizneslərini genişləndirmək istəyirlər ki, meriya, yerli özünüidarə ilə hüquqi münasibətə asan girsinlər. Onlar siyasi dəyişikliklər, seçicilər üçün nə isə etməyə görə deyil, buna görə qoşulublar."

"Salam" platformasının son zamanlarda hazırladığı araşdırma da həmin problemlərdən bəhs edir. Araşdırma Marneulidə yaşayan qadınların problem və ehtiyaclarını üzərə çıxarır.

"Mən indiyə kimi eşitməmişəm ki, hansısa nümayəndə gəlsin və bizimlə, qadınlarla görüşsün. Heç məlumat da vermirlər ki, bu gün, yaxud sabah bu vaxtda nümayəndə, mer, yaxud başqa şəxslə görüş olacaq", — Qadın müsahiblərdən biri qeyd edir.

Qeyd edək ki, araşdırmanın əsas tövsiyəsindən biri seçkilərdən əvvəl siyasi partiyaların qadınlarla bağlı ayrı görüş keçirmək barədə düşünməsidir ki, onlar orada siyasi liderlərə sərbəst şəkildə konkret ehtiyaclarından, problemlərindən danışa bilsinlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია