Gürcüstanda son sutkada koronavirusa 1 597 yeni yoluxma faktı qeydə
alınıb, 38 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Bununla da ölkədə COVID-19 infeksiyasına ümumi yoluxma sayı 605 360
nəfərə, ölənlərin ümumi sayı isə 8 787 nəfərə yüksəlib.
Ötən 24 saatda 1 189, ümumilikdə isə 573 542 nəfər müalicə olunaraq
sağalıb.
Mənbə: report.az